GündəmSiyasət

Məşhur vəkildən hakimin hüquq dərsliyinə irad – RAMİZ MEHDİYEVDƏN SİTATLAR GƏTİRİB

Ötən il Konstitusiya Məhkəməsinin hakimi Ceyhun Qaracayevin konstitusiya hüququ üzrə dərsliyi nəşr olunub. Aldım, vərəqlədim və dəhşətə gəldim.

 

84-cü səhifədə yazır ki, Bayraq meydanındakı bayrağımız dünyada ən böyük bayraqlardan biridir (2017-ci ildən yoxdur axı orada!).

Saytların yığılması Saytlarin yigilmasi

 

600 səhifəlik kitabda bir dənə olsun istinad yoxdur. Ramiz Mehdiyevdən (s. 77) tutmuş hüquq alimlərinədək sitatlar gətirir, amma istinad vermir.

 

62-ci səhifədən başlanan “Müasir Azərbaycan konstitusionalizminin mənşəyi” adlı paraqrafı Azıx mağarasından başlayır. Hətta deyir ki, “Monqol imperiyasının konstitusiya aktlarının əsilləri müasir dövrədək gəlib çatmayıb” (yəqin kserosurətini hardansa tapıb). Adam konstitusiya hüququ üzrə elmlər doktorudur, amma konstitusion quruluşun (insan haqları və hakimiyyətlərin bölünməsinə söykənən quruluşun) nə olduğunu bilmir.

 

63-cü səhifədə yazır ki, Azərbaycan milləti Atropatenada (eramızdan əvvəl) formalaşmağa başlayıb, 64-cü səhifədə isə deyir ki, Səlcuqların gəlişi (XI əsr) ilə əhalinin türkləşməsi və Azərbaycan etnosonun formalaşması başlandı.

 

104-cü səhifədə yazır ki, referendumda qanunlar (əslində referendum aktı!), hansısa yerli sovetlər (əslində bələdiyyələr) və parlament (əslində, o, ancaq qanun qəbul edir) tərəfindən isə alt qanunlar qəbul oluna bilər. Yəni normativ hüquqi aktların təsnifatından belə xəbəri yoxdur!

 

Kitabda Naxçıvan və onun konstitusiya hüququ haqda heç nə yoxdur. Sanki muxtar respublikamız yoxdur.

 

Və daha nələr və nələr. Aliminə, müəlliminə, Konstitusiya Məhkəməsinin hakiminə bax millətimin…

 

P.S. İndi başa düşdünüz də, niyə ədliyyə naziri və Konstitusiya Məhkəməsinin sədri yazdıqları kitabları gizlədirlər. Heç kitabxanada da tapmaq olmur!

Əkrəm Həsənov

 

Gununsesi.info

xeberler

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button