GündəmSiyasət

Kadırovun yüksək vəzifələrə təyin edilən övladları və qohumları – ŞOK DETALLAR

Ukrayna müharibəsində Rusiya prezidenti Vladimir Putinə böyük dəstək verən Çeçenistan lideri Ramazan Kadırov övladlarını hökumətdə mühüm vəzifələrə təyin etməkdə davam edir.

Gununsesi.info xəbər verir ki, bu yaxınlarda Kadırov 24 yaşlı qızı Xədicəti respublika başçısı və hökuməti administrasiyası rəhbərinin birinci müavini təyin edib. Qərar hökumətin sosial media hesabında elan edilib.

Saytların yığılması Saytlarin yigilmasi

47 yaşlı Kadırov oktyabr ayında əvvəllər mədəniyyət naziri olmuş 25 yaşlı qızı Ayşatı baş nazirin müavini təyin edib. Kadırovun böyük oğlu 18 yaşlı Əhməd idman və gənclər nazirinin müavini olub.

Çeçenistan rəhbərinin kürəkəni kənd təsərrüfatı naziri, qaynı isə nəqliyyat naziridir və o, 27 yaşlı qardaşı oğlu Həmzəti təhlükəsizlik məsələləri üzrə müşaviri edib. Kadırovun 14 övladının əksəriyyəti və onların qohumları hazırda hökumətdə yüksək vəzifələrdə çalışırlar.

Çeçenistan lideri son vaxtlar şişmiş üzü və qeyri-sağlam görünüşünə görə “ölüm yatağında” olduğu iddiaları ilə gündəmdədir, lakin bu xəbərlər təsdiqini tapmayıb.

Gununsesi.info

xeberler

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button