Siyasət

BQXK Bakıda həbsdə olan erməni separatçılara baş çəkib

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları yanvar ayının sonu və fevral ayının əvvəllərində Bakıda həbsdə olan erməniəsilli şəxslərə yenidən baş çəkiblər.

Toplum TV xəbər verir ki, bu barədə fevralın 5-də BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb. 

Bildirilib ki, saxlanılan şəxslərlə təkbətək görüşlər keçirilib və onların ailələri ilə əlaqəsi üçün şərait yaradılıb.

Saytların yığılması Saytlarin yigilmasi

Qeyd edilib ki, BQXK mandatına uyğun olaraq bu cür başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraiti qiymətləndirilir. BQXK həmçinin şəxslərin ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır və müzakirə edilir.

Hazırda Qarabağdakı keçmiş qondarma rejimin “prezidentləri” olmuş Arkadi Qukasyan, Bako Saakyan, Arayik Arutyunyan, sabiq “xarici işlər naziri” David Babayan, eləcə də “parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan və keçmiş “dövlət naziri” Ruben Vardanyan Bakıda Dövlət Təhlükəsizlik Xidmətinin təcridxanasında saxlanılırlar. 

xeberler

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button