GündəmSiyasət

ATƏT-in  Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu  öz müşahidəçisinin Azərbaycandan deportasiya edilməsi haqda

ATƏT-in  Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu  bu təşkilatın missiyasının qısamüddətli müşahidəçisi Nik Guggerin Azərbaycana girişindən imtina olunduğunu təsdiqləyib.

“Hazırda dəqiq səbəb bizə məlum deyil, amma hakimiyyətə müraciət etdik və cavab gözləyirik”, –  ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun mətbuat katibi Katya Andruş Turan-ın sorğusuna cavab olaraq deyib.

O qeyd edib ki, “ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu müşahidə missiyasında iştirak etmək üçün müşahidəçinin ölkəyə mümkün girişi barədə qərarın qəbulunda rol oynamır. Bu, ezam edən dövlətlə ev sahibi ölkə arasında ikitərəfli məsələdir”.

Saytların yığılması Saytlarin yigilmasi

Xatırladaq ki, söhbət isveçrəli deputat Nik Guggerdən gedir. Fevralın 3-də o, İsveçrə nümayəndə heyətinin tərkibində Bakıya gəlib, lakin saxlanılaraq İstanbula göndərilib.

xeberler

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button