GündəmSiyasət

ABŞ Yaxın Şərqdə hərbi əməliyyatlara başladı – Bayden açıqladı

ABŞ yanvarın 28-də Suriya-İordaniya sərhədindəki bazasına hücuma cavab verməyə başlayıb. Vaşinqton İraq və Suriyada 85 hədəfi vurduğunu açıqlayıb.

Gununsesi.info xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bazanın hücumuna cavab olaraq İraq və Suriyada İran İnqilabı Keşikçiləri Qüds Qüvvələrinə və ona bağlı milis qruplarına aid hədəflərə hava zərbələri endirib.

Saytların yığılması Saytlarin yigilmasi

CENTCOM-un verdiyi yazılı açıqlamada hava zərbələri ilə ən az 85 hədəfin vurulduğu bildirilib.

Açıqlamada hücumlarda ABŞ-dan havaya qalxan uzaqmənzilli bombardmançıların da iştirak etdiyi və 125-dən çox idarə olunan bombanın istifadə edildiyi, hədəfdə komanda-idarə mərkəzləri, raketlər və pilotsuz uçuş aparatlarının vurulduğu bildirilib.

ABŞ Prezidenti Cozef Bayden Yaxın Şərqdə İslam İnqilabı Keşikçiləri Korpusu (Sepah) və onlarla əlaqəli silahlılara qarşı hərbi əməliyyata başladığını elan edib.

Bu barədə Ağ Evin saytında dərc olunan məlumatda deyilir.

“Bu gün günortadan sonra, mənim göstərişimlə ABŞ qüvvələri İraq və Suriyada Sepah və onunla əlaqəli silahlıların ABŞ qüvvələrinə hücum üçün istifadə etdiyi hədəflərə zərbələr endiriblər. Cavabımız bu gün başlayıb. Bu, istədiyimiz vaxt, istədiyimiz yerdə davam edəcək”, – açıqlamada deyilir.

“Birləşmiş Ştatlar Yaxın Şərqdə və ya dünyanın heç bir yerində münaqişə axtarmır. Amma bizə zərər verməyə cəhd edə biləcəklər bilsinlər ki, əgər siz amerikalıya zərər versəniz, cavab verəcəyik”, – Bayden deyib.

ABŞ-ın cavab açıqlamasından sonra Suriya və İraqdan hücum xəbərləri gəlib.

Suriyanın şərqində Deyr əz-Zor əyalətinin Əlbukamal və Meyadin rayonlarında İranın dəstəklədiyi qrupların hədəfə alındığı bildirilib.

Əlbukemal və Meyadin bölgələrindəki Sənaye Bölgəsindəki Ayyaş Anbarları, Kuriyye, Herri, Hayadariyye, Bişri, Mezar Ali Farms, Rahbe Castle və İran dəstəkli qruplara aid 11 hədəf təyyarə ilə hədəfə alınıb. Mezar Əli fermasına hava hücumu nəticəsində çox sayda ölən və yaralananın olduğu öyrənilib.

İraqda İranın dəstəklədiyi şiə milis qüvvələri Nuceba Hərəkatının verdiyi açıqlamada Anbar vilayətinin Akkaşat bölgəsindəki Haşd əş-Şaabi silah anbarının ABŞ-ın hücumuna məruz qaldığı bildirilib.

Yanvarın 28-də İordaniya-Suriya sərhədində yerləşən ABŞ hərbi Kule 22 bazasına kamikadze pilotsuz uçuş aparatı ilə həyata keçirilən hücumda 3 ABŞ əsgəri şəhid olub, 40-dan çox əsgər yaralanıb.

Bu, İsrail və HƏMAS arasında oktyabrın 7-də Yaxın Şərqdə gərginliyi artıran müharibə başlayandan bəri ABŞ qüvvələrinə ilk ölümcül hücum idi.

ABŞ rəsmiləri, xüsusilə Bayden, İranın dəstəklədiyi qrupları hücuma görə məsuliyyət daşıdığını və hücuma ABŞ-ın seçdiyi vaxt və yerdə cavab veriləcəyini bildirib.

İran isə sözügedən hücumla bağlı olduğu iddialarını rədd edərək, “Bölgədəki müqavimət qüvvələri qərar və hərəkətlərində İrandan təlimat almır” deyib.

Vaşinqton administrasiyası hücumun İraqda İslami Müqavimət adlı təşkilat tərəfindən həyata keçirildiyinə inandığını açıqlayıb.

Rəsmilər ABŞ mətbuatına verdikləri açıqlamada hücuma həftələrlə davam edəcək “kampaniya” şəklində cavab verməyə hazırlaşdıqlarını bildiriblər.

Gununsesi.info

xeberler

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button