GündəmSiyasət

ABŞ İordaniyaya hücumdan sonra cavab zərbələri endirir

Ötən həftə sonu İordaniyada amerikalılara hücumdan və nəticədə üç amerikalı əsgərin ölümündən sonra cümə günü ABŞ hərbçiləri Suriya və İraqda İslam İnqilabı Keşikçiləri Korpusunun dəstəklədiyi qruplara hava zərbələrinin ilk raunduna başlayıblar, Turan-ın Vaşinqton müxbiri bildirib.

“Mənim göstərişimlə bu gün gündüz ABŞ Silahlı Qüvvələri İraq və Suriyadakı obyektlərə zərbələr endirib. İslam İnqilabı Keşikçiləri Korpusu və onunla əlaqəli qüvvələr ABŞ qüvvələrinə hücum etmək üçün həmin obyektlərdən istifadə edirlər”, – prezident Co Bayden öz bəyanatında bildirib.

“Bu zaman- zaman və müxtəlif yerlərdə davam edəcək”, – Bayden deyib.

Saytların yığılması Saytlarin yigilmasi

Ağ Ev açıq şəkildə bildirib ki, ABŞ Yaxın Şərqdə,  “və ya dünyanın başqa bir yerində” münaqişəyə can atmır. “Ancaq bizə zərər verməyə çalışanların hamısına cavab verəcəyik”, – Bayden deyib.

İran İslam İnqilabı Keşikçiləri Korpusuna zərbələr istənilən vaxt davam edəcək”, – müdafiə naziri Lloyd Ostin deyib.

Bazar günü dövlət katibi Entoni Blinken beşinci dəfə Yaxın Şərqə gedəcək. Dövlət Departamentinin məlumatına görə, Blinken “qalan bütün girovların azad edilməsini təmin edəcək razılaşmaya nail olmaq üçün diplomatik səylərini davam etdirəcək”.

Bəyanatda həmçinin deyilir ki, ABŞ-ın baş diplomatı fələstinli mülki şəxslərə yardımı artırmaq və nəticədə ümumi sülh sazişi bağlamaq üçün İsrailin Qəzza müharibəsində “humanitar fasilə”ni təmin etməkdən ötrü çalışacaq.

 

xeberler

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button