GündəmSiyasət

XİN başçısı Çexiya parlamentinin spikerinə AŞPA-dan şikayət edib

Azərbaycanın Aİ və üzv dövlətlərin etibarlı tərəfdaşıdır, buna görə Azərbaycana qarşı ikili standartların tətbiqi və ədalətsiz yanaşmanın sərgilənməsi regionda dayanıqlı sülhün qurulmasına töhfə vermir. Bu barədə Azərbaycan XİN başçısı Ceyhun Bayramov fevralın 2-də Çexiya parlamentinin spikeri Marketa Pekarova Adamovanı qəbul edərkən bildirib.

Bayramov həmçinin Avropa Şurası Parlament Assambleyasında anti-Azərbaycan xarakteri daşıyan qərarın qəbul edilməsi və Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin ratifikasiya edilməməsi ilə bağlı azlıq olan bir qrupun təşəbbüsünün “dialoqa xidmət etmədiyini” bildirib.

Nazir Azərbaycan və Ermənistan arasında 30 ildən sonra ilk dəfə olaraq sülh üçün real şərait yarandığını, Aİ və bəzi üzv dövlətləri tərəfindən hər hansı ad altında Ermənistana hərbi yardım göstərilməsinin və ya Ermənistana havadarlıq etməklə sülh prosesindən yayındırılmasının Cənubi Qafqaz regionunda dayanıqlı sülhün qurulmasına xələl gətirəcəyini vurğulayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Görüş zamanı iki ölkə arasında qarşılıqlı səfərlərin, davamlı siyasi dialoqun, həmçinin parlamentlərarası əməkdaşlığın önəmini vurğulayıb və ikitərəfli iqtisadi münasibətlərin, xüsusilə də enerji, yaşıl iqtisadiyyat, turizm, kənd təsərrüfatı, təhsil, qarşılıqlı sərmayə qoyuluşu və digər istiqamətlər üzrə əməkdaşlıq perspektivlərinin mövcudluğu vurğulanıb, bu barədə XİN-in mətbuat xidmətinin məlumatında deyilir.

xeberler

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button