GündəmSiyasət

Prezident seçkiləri həqiqi siyasi rəqabət olmadan keçirilir

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) növbədənkənar prezident seçkilərinin ilk mərhələsinin – namizədlərin irəli sürülməsi və qeydiyyatı, təşviqat kampaniyasının müşahidəsinə dair aralıq hesabat yayıb.

Hesabatda belə deyilir:

“7 Fevral 2024-cü ilə təyin edilən növbədənkənar prezident seçkisinin ilkin mərhələsi – namizədlərin irəli sürülməsi və qeydiyyatı, o cümlədən seçkiqabağı təşviqat üzrə SMDT-nin apardığı müşahidələr rəsmi xəbərələrə və sənədlərə, açıq mənbələr və qeydiyyatdan keçmiş müşahidəçilərdən toplanan məlumatlara əsaslanır.

Saytların yığılması Saytlarin yigilmasi

SMDT hesab edir ki, prezident seçkisinin vaxtından 14 ay öncəyə – 7 fevral 2024-cü ilə təyin edilməsi seçki prosesində bütün maraqlı tərəflərin, o cümlədən siyasi partiyalar və prezidentliyə namizədlik iddiasında olan şəxslərin iştirakını, vətəndaş cəmiyyəti qurumları və beynəlxalq seçki müşahidə təşkilatlarının bu prosesə fəal şəkildə cəlb olunmasını çətinləşdirib.

SMDT qeyd edir ki, 7 fevral növbədənkənar prezident seçkisi sonuncu parlament seçkisindən 3 il sonraya təsadüf etsə də, ötən müddətdə seçki  qanunvericiliyi və seçki təcrübəsinin təkmilləşdirilməsi barədə yerli və beynəlxalq müşahidəçilər, o cümlədən ATƏT-in Demokratik təsisatlar və İnsan Hüquqları Bürosunun əvvəlki tövsiyyələrini öyrənmək və icra etmək üçün Azərbaycan hakimiyyəti siyasi iradə nümayiş etdirməyib.

SMDT təəssüflə bildirir ki, 7 fevral 2024-cü il növbədənkənar seçkisi ərəfəsində ölkədə siyasi azadlıqların müdafiəsi yönündə böhran dərinləşib, ifadə azadlığı, sərbəst toplaşmaq və birləşmək azadlıqlarına məhdudiyyətlər aradan qalxmayıb, siyasi motivli həbslərin sayı daha da artıb. Bununla yanaşı seçki öncəsi siyasi partiyaların sayı iki dəfə azalıb, müstəqil vətəndaş cəmiyyəti qurumları və müstəqil medianın fəaliyyətinə qadağalar, habelə jurnalistlər və ictimai fəallara qarşı təqiblər çoxalıb. Nəticədə vətəndaş cəmiyyəti qurumları və siyasi partiyaların 7 fevral növbədənkənar prezident seçkisində fəal iştirakı üçün əlverişli demokratik mühit olmayıb.

Bu hesabat Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) 7 Fevral 2024-cü il növbədənkənar prezident seçkisi üzrə uzunmüddətli müşahidələrinin nəticələri əsasında hazırlanıb.

Seçkiqabağı təşviqat dövründə prezidentliyə namizədlərin seçkiqabağı təşviqat kampaniyası qarşıduran siyasi qüvvələrin həqiqi rəqabətinə çevrilməyib, seçicilərə fərqli siyasi baxışlar arasından alternativ seçim imkanları yaranmayıb. Bununla da, azad və ədalətli seçkinin başlıca şərti olan siyasi alternativlik mühiti təmin edilməyib. SMDT 7 fevral 2024-cü il prezident seçkisinin növbəti mərhələsi – səsvermə və səslərin sayılması prosesinin hüquqi normalara uyğun təşkilini vacib sayır, icra strukturları və digər dövlət qurumların seçki prosesinə müdaxiləsinə yol verməmək, seçki komissiyalarının müstəqil fəaliyyətinə təminat üçün Azərbaycan hakimiyyətini siyasi iradə nümayiş etdirməyə çağırır”. 0

 

xeberler

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button