Siyasət

Ceyhun Bayramov Avropa İttifaqının Ermənistanla bağlı siyasətini tənqid edib

Azərbaycan Aİ və üzv dövlətlərin etibarlı tərəfdaşıdır, ölkəmizə qarşı ikili standartların tətbiqi regionda dayanıqlı sülhün qurulmasına töhfə vermir.

Toplum TV xəbər verir ki, bunu fevralın 2-də xarici işlər naziri Ceyhun Bayramov Çex Respublikası Parlamentinin Deputatlar Palatasının sədri Marketa Pekarova Adamova ilə görüşü zamanı deyib.

Nazirin sözlərinə görə, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin ratifikasiya edilməməsi anti-Azərbaycan xarakteri daşıyır. O belə bir təşəbbüsün dialoqa xidmət etmədiyini qeyd edib. 

Saytların yığılması Saytlarin yigilmasi

Ceyhun Bayramov həmçinin Azərbaycan və Ermənistan arasında 30 ildən sonra ilk dəfə olaraq sülh üçün real şərait yarandığını, “Aİ və bəzi üzv dövlətləri tərəfindən hər hansı ad altında Ermənistana hərbi yardım göstərilməsinin və ya Ermənistana havadarlıq etməklə sülh prosesindən yayındırılmasının Cənubi Qafqaz regionunda dayanıqlı sülhün qurulmasına xələl gətirəcəyini” bildirib. 

xeberler

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button