Siyasət

Azərbaycan jurnalistlərin həbsi ilə Qərb mediasının gündəmindədir

15 mediadan olan 40 jurnalist araşdırmaları davam etdirəcək

15 beynəlxalq media orqanı ilə əməkdaşlıq edən 40 jurnalist “AbzasMedia” üçün bir araya gəlib. Onlar Azərbaycanda həbsdə olan həmkarlarının işini davam etdirmək istəyirlər.

Parisdə mənzillənən “Forbidden Stories” nəşrinin koordinasiya etdiyi və 15 media təşkilatından ibarət koalisiya fevralın 1-də “AbzasMedia”nın jurnalistlərinin həbs olunmazdan əvvəl üzərində işlədikləri bəzi araşdırmaları davam etdirən “Baku Connection” layihəsinə start verib.

Saytların yığılması Saytlarin yigilmasi

Nəşr “Azərbaycanda işgəncə: Avropadan Bakı həbsxanalarına pul necə axır”  adlı məqalə dərc edib. Məqalədə “AbzasMedia”nın apardığı araşdırmalardan, media orqanı əməkdaşlarının həbsindən söz açılır. “AbzasMedia” əməkdaşları həbslərinin ölkə Prezidenti İlham Əliyevin sifarişi olduğunu bildirirlər.

Koalisiyanın üzvü olan media qurumlarından “The Guardian” nəşri də seçkilər ərəfəsi Azərbaycandan, bu ölkədə həbs edilən jurnalistlərdən yazıb.

Məqalədə bildirilir ki, jurnalist Sevinc Vaqifqızı növbədənkənar Prezident seçkiləri elan edildikdən sonra həbs edilən 13 müstəqil jurnalistdən biridir.

Ötən il noyabrın sonlarında o, Azərbaycanın Heydər Əliyev Beynəlxalq Hava Limanına çatan zaman həbs edilib və xarici valyuta qaçaqmalçılığında ittiham olunub.

Sevinc Vaqifqızı və Ülvi Həsənli. Foto: Meydan TV

Ondan öncə isə onun həmkarı Ülvi Həsənli saxlanılıb. Onların hər ikisi jurnalist araşdırmaları ilə tanınan kiçik, müstəqil Azərbaycan xəbər orqanı olan “AbzasMedia”-ya rəhbərlik edirdi. Hər ikisi onlara qarşı irəli sürülmüş ittihamı rədd edir.

Vaqifqızı təyyarəyə minməzdən əvvəl telefonuna video çəkib. Bildirib ki, həbslər jurnalistikanı, araşdırmaları dayandıra bilməyəcək.

Ötən ilin sonu Azərbaycan Prezidenti İlham Əliyev növbədənkənar seçkilərin 2024-cü ilin fevralında, yəni planlaşdırılandan bir il əvvəl keçiriləcəyini elan edib. O vaxtdan bəri ən azı 11 digər müxbir, o cümlədən “AbzasMedia” ilə əlaqəsi olan dörd nəfər həbs edilib və ya saxlanılıb.
Vaqifqızının həmkarları polisin 40.000 avro nağd pul tapdığını iddia etdiyi ofisə basqından sonra saxlanılıb. Pulu qanunsuz yolla ölkəyə gətirməkdə təqsirli bilinən jurnalistləri 8 ilə qədər həbs gözləyir.

Beynəlxalq insan haqları qrupları ittihamların uydurma olduğunu və hökumətin müstəqil mediaya qarşı repressiyasının bir hissəsi olduğunu irəli sürüb. “Azərbaycanda hələ də rəsmi korrupsiya faktlarını araşdırmaq cəsarətində olan azsaylı yerli KİV-lərdən biri olan “AbzasMedia”nın ofisinə basqın və onun direktoru Ülvi Həsənlinin həbsi, görünür, bu qurumun qabaqcıl jurnalistikasına qisas xarakteri daşıyır”, təşkilatların açıqlamalarında belə deyilir.

“AbzasMedia”da Azərbaycan əsgərlərinin vətənə xəyanətdə təqsirləndirilib işgəncə ilə öldürülməsi ilə bağlı araşdırma var. Eyni zamanda, Əliyev hökumətindəki nazirlərlə bağlı külli miqdarda sərvət və əmlakın üzə çıxarılması ilə bağlı faktlar yer alıb.

Əziz Orucov, foto: Meydan TvƏziz Orucov, foto: Meydan Tv
Əziz Orucov, foto: Meydan Tv

Nəşr yazır ki, təksə “AbzasMedia” yox, digər KİV-lərin jurnalistləri də həbs edilib. Məsələn, “Kanal 13”-ün direktoru Əziz Orucovun azyaşlı qızının gözü qarşısında “qanunsuz tikinti”də şübhəli bilinərək həbs edilməsini göstərmək olar. Onun həmkarı Rüfət Muradlı “xırda xuliqanlıq” ittihamı ilə saxlanılıb. Onların əksəriyyəti barəsində seçki zamanı həbsdə olmalarını hədəfləyən bir neçə ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Sayt yazır ki, bu gün çətinliklə də olsa, “AbzasMedia” işini davam etdirir.

““AbzasMedia” işinə davam edir. Gündəlik reportajlar və gündəlik xəbərlər yayımlayır”, – bu ay Vaqifqızının rolunu icra edəcək müstəqil jurnalist Leyla Mustafayeva “Guardian”-a bildirib.

Onun sözlərinə görə, noyabrdan bəri “AbzasMedia”da yeni araşdırma materialı dərc edilməyib, çünki bunu edən əsas heyət həbsdədir.

Leyla Mustafayeva jurnalistlərə açıqlama verirLeyla Mustafayeva jurnalistlərə açıqlama verir
Foto: sosial şəbəkə

Əliyev hökuməti jurnalistlərə qarşı ittihamları rədd edir. Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva “Baku Connection”ın tərəfdaşlarından biri olan “France 24” telekanalına müsahibəsində deyib:

“Azərbaycanda insanlar sırf siyasi fikirlərinə və ya peşələrinə görə həbs edilmir və dindirilmir. Jurnalist dindirilirsə və ya həbs edilirsə, deməli, qanunsuz hərəkət edib”.

Azad mətbuat və demokratiya təbliğatçıları daha çox şübhə ilə yanaşırlar. Ölkə Sərhədsiz Reportyorlar Təşkilatının mətbuat azadlığı indeksinə görə Pakistan, Liviya və Sudandan sonra 180 ölkə arasında 151-ci yerdədir.

“AbzasMedia”nın baş redaktoru vəzifəsini müvəqqəti icra edən Leyla Mustafayeva deyir ki, beynəlxalq tənqidlərin və addımların artırılmasının Azərbaycanın həbs olunmuş jurnalistlərinə kömək edib-etməyəcəyinə əmin deyil. Bu, çətin görünür:

“Rejimin cinayət ittihamlarını geri götürəcəyinə şübhə edirəm. Lakin həmkarlarımın sərbəst buraxıldıqdan sonra dərhal işlərinin başına qayıdacaqlarına şübhə etmirəm. Ümid edirəm ki, onlar azadlığa çıxandan sonra işlərini davam etdirmək üçün kifayət qədər gücə və enerjiyə sahib olacaqlar”.

“Baku Connection” layihəsinin media tərəfdaşları:
“France 24”, “RFI”, “OCCRP”, “Paper Trail Media”, “The Guardian”, “RTS”, “IRPI”, “Le Monde”, “Radio France”, “Knack”, “Le Soir”, “NRC”, “ZDF” və “Der Standard” media qurumlarıdır.

xeberler

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button