Siyasət

Gürcüstanın Gəncədəki baş konsulunun diplomatik fəaliyyəti başa çatıb

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Gürcüstanın bu şəhərdəki baş konsulu Nikoloz İaşvilini diplomatik fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul edib.

“Report”un Qərb bürosunun məlumatına görə, N.Bayramov N.İaşvilinin diplomatik fəaliyyəti dövründə Gəncə şəhəri üçün göstərdiyi xidmətlərin yüksək qiymətləndirildiyini söyləyib.

Şəhər rəhbəri konsula gələcək fəaliyyətində müvəffəqiyyətlər arzulayıb.

Nikoloz İaşvili, öz növbəsində, Niyazi Bayramova səmimi görüşə görə minnətdarlığını bildirib və Gəncədən xoş təəssüratlarla ayrıldığını vurğulayıb. O qeyd edib ki, bu gün Azərbaycanla Gürcüstan arasında qarşılıqlı əməkdaşlıq münasibətləri mövcuddur və ölkələr arasındakı əlaqələr əsl regional əməkdaşlıq nümunəsidir.

Sonda qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.

Görüşdə Türkiyənin Gəncədəki baş konsulu Recep Öztop da iştirak edib.

Qeyd edək ki, N.İaşvili 2019-cu ildən Gürcüstanın Gəncədəki baş konsulu idi.

Mənbə:Report

xeberler

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button