Siyasət

Bu il Azərbaycanda 1972 əkiz, 93 üçəm, 4 dördəm doğulub

Bu il Azərbaycanda 1972 əkiz, 93 üçəm, 4 dördəm doğulub.

Bu barədə “Report”a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, cari ilin yanvar-iyul aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkə üzrə 64627 doğulan körpə qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 12,2-dən 11,0-a düşüb.

Doğulanlar arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,2 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,8 faiz olub. Doğulan körpələrdən 1972-si əkiz, 93-ü üçəm, 4-ü isə dördəm olub.

Mənbə:Report

xeberler

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button