Siyasət

Berlində Qubad İbadoğluya azadlıq tələbilə aksiya keçirilib

Aksiyaçılar Azərbaycandakı avtoritar rejimlə bağlı alman və ingilis dilində broşürlər paylayıblar

Sentyabrın 12-də hazırda həbsdə olan iqtisadçı Qubad ibadoğlunun doğum günü münasibətilə keçirilən “52 şəhərdə 52 aksiya” Berlində də baş tutub.

Berlində Bundestaqın qarşısında toplaşan aksiya iştirakçıları Qubad İbadoğlu və Azərbaycanda həbs edilmiş digər siyasi məhbuslara azadlıq tələb ediblər. Aksiya ilə maraqlananlara Qubad İbadoğlu, digər siyasi məhbuslar və Azərbaycandakı avtoritar rejimlə bağlı alman və ingilis dilində broşürlər paylanılıb. İştirakçılardan Əfqan Muxtarlı deyib ki, hakimiyyətdən tələbləri Qubad İbadoğlu başda olmaqla, digər siyasi məhbusların da qeyd şərtsiz azadlığa buraxılmasıdır:

Eyni zamanda, Azərbaycanda siyasi repressiyalara son qoyulsun, mürtəce qanunlar dəyişdirilsin, ölkədə demokratik mühit üçün şərait yaradılsın”.

Aksiyada Azərbaycan hakimiyyəti, oradakı siyasi məhbuslar və durum barədə məlumat verilib. Sentyabrın 12-də həmçinin Fransanın Strasburq ABŞ-ın Vaşinqton, Cənubi-Şərqi Asiyada yerləşən Şərqi Timor Demokratik Respublikasının (Timor-Leste) paytaxtı Dili şəhərlərində də Qubad İbadoğluya və digər siyasi məhbuslara azadlıq şüarı ilə aksiya keçirilib.

“52 şəhərdə 52 aksiya”nın həmçinin Belçika, Türkiyə, Polşa, Böyük Britaniya, Macarıstan, Danimarka, Norveç, Niderland, Gürcüstan və İsveçin müxtəlif şəhərlərində də olacağı bildirilmişdi.

İyulun 24-də barəsində 3 ay 26 gün həbs-qətimkan tədbiri seçilən iqtisadçıya qarşı saxta pul, dini-ekstremist materialların hazırlanması, saxlanması və ya yayılması ittihamları irəli sürülüb.

Azərbaycan Daxili İşlər Nazirliyi onun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib. Qubad İbadoğlu ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu qeyd edir.

Bugünədək bir sıra ölkə və beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti, ABŞ senatorları və konqresmenləri İbadoğlunun azad edilməsi üçün çağırışlar edib. Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) iqtisadçı Qubad İbadoğlunun işinə dərhal baxılmasına qərar verib. Məhkəmə 39-cu qaydanı (müvəqqəti məcburiyyət tədbirləri) əsas götürərək Azərbaycan hökumətinə suallar göndərib.

xeberler

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button