Siyasət

Türkiyə xarici ölkələrdə ilk dəfə Azərbaycana müdafiə sənayesi müşaviri təyin edib

Türkiyə xarici ölkələrdə ilk dəfə Azərbaycana müdafiə sənayesi müşaviri təyin edib.

“Report”un xəbərinə görə, bu vəzifə İlker Türközə tapşırılıb.

Türkiyə tarixində ilk dəfə olaraq Müdafiə Sənayesi Başqanlığının 9 ölkə üzrə müdafiə sənayesi müşaviri postu yaradılıb. Həmin ölkələr arasında isə ilk təyinat Azərbaycana edilib.

Qeyd edək ki, ötən gün Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Azərbaycanın müdafiə sənayesi naziri Mədət Quliyevlə görüşən zaman səfiri müdafiə sənayesi müşaviri İlker Türköz müşayiət edib. Görüş zamanı müdafiə sənayesi sahəsində əməkdaşlıq müzakirə edilib və məsləhətləşmələr aparılıb.

Müşavir İlkər Türköz həmçinin “ASELSAN Bakı” şirkətinin baş direktoru Özgür Kürüm ilə də görüşüb.

Mənbə:Report

xeberler

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button