Siyasət

Helsinki Azərbaycan Evindəki həftəsonu məktəbində dərslərə start verilib

Finlandiyanın paytaxtı Helsinkidə yerləşən Azərbaycan Evinin nəzdindəki Azərbaycan həftəsonu məktəbində yeni tədris ili başlayıb.

Bu barədə “Report”a Diaspora üzrə Dövlət Komitəsindən məlumat verilib.

Qeyd olunub ki, Azərbaycan Evinin rəhbəri, “Azər-Türk” Gənclər Təşkilatının sədri, Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının Finlandiya üzrə əlaqələndiricisi Ülviyyə Cabbarova bildirib ki, ilk dərs günündə uşaqlara I-IX siniflər üçün hazırlanmış və 2023 – 2024-cü tədris ilini əhatə edən məktəbli kitabçası təqdim edilib.

Bununla yanaşı, uşaqlara rəsm dərsi keçirilib. Qeyd edək ki, məktəbdə Azərbaycan dili, musiqi və rəsm fənləri tədris olunur.

Mənbə:Report

xeberler

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button