Siyasət

Ekspert: “Çində Azərbaycan ticarət evlərinin açılması əməkdaşlığı dərinləşdirəcək”

“Çin və Azərbaycan arasında artan iqtisadi-ticari əlaqələr tarixi köklərə dayanır”.

Bunu “Report”a açıqlamasında Sıçuan Universitetinin (Çin) müəllimi Faiq Ağabalayev bildirib.

O, ölkələr arasında ticarət-iqtisadi əlaqələrin qədim İpək Yolu dövründən başladığını və hazırda “Bir kəmər, bir yol” təşəbbüsünün bunun inkişafına təkan verdiyini qeyd edib: “Son 10 ildə ÇXR rəhbəri Si Cinpinin irəli sürdüyü “Bir kəmər, bir yol” layihəsi logistikanın, tranzitin inkişafına fəal şəkildə can atan, ticarət habına çevrilən Azərbaycanın bütün maraqlarına tam cavab verir. Müntəzəm yüksək səviyyəli görüşlər, eləcə də Çinin böyük şəhərlərində Azərbaycan ticarət evlərinin açılması iki ölkə arasında əməkdaşlığı daha da dərinləşdirib”.

F.Ağabalayev həmçinin hesab edir ki, Çin şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa işlərində iştirakı Çinin siyasi mövqeyini nümayiş etdirir.

Onun fikrincə, Pekin də Zəngəzur dəhlizi layihəsinə maraq göstərir: “Azərbaycan və Çin ümumi və qarşılıqlı hörmətə əsaslanan ticari-iqtisadi əməkdaşlığın region və bütövlükdə dünya üçün rasional addım olması fikrinə sadiqdirlər”.

Xatırladaq ki, sentyabrın 3-də Çində Azərbaycanın növbəti “Ticarət Evi” açılıb. Onun fəaliyyəti Azərbaycan və Çin arasında iqtisadi əlaqələrin şaxələndirilməsinə və ticarət dövriyyəsinin artmasına töhfə verəcək.

Mənbə:Report

xeberler

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button