Siyasət

Azərbaycanla Gürcüstan arasında müdafiə sahəsində əməkdaşlıq Sazişinin detalları açıqlanıb – SİYAHI

Azərbaycanla Gürcüstan arasında müdafiə sahəsində əməkdaşlıq Sazişinin detalları açıqlanıb.

“Report”un xəbərinə görə, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə” qanunda əksini tapıb.

Sazişin məqsədi Tərəflər arasında müdafiə sahəsində əməkdaşlığı təşviq etmək və möhkəmləndirmək, eləcə də Tərəflərin qəbul etdikləri hərbi əməkdaşlıq proqramlarının həyata keçirilməsi üçün praktiki çərçivəni təmin etməkdir.

Sənəddə qeyd edilib ki, tərəflər aşağıdakı sahələrdə əməkdaşlıq edəcəklər:

– hərbi təhsil, treninq və təlimlər;

– müdafiə və təhlükəsizlik siyasəti;

– sülhməramlı və humanitar əməliyyatlar;

– NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində əməkdaşlıq;

– silahlara nəzarət və tərk-silah;

– hərbi qanunvericilik;

– maddi-texniki təminat;

– mülki-hərbi əməkdaşlıq;

– müdafiə sahəsində kibertəhlükəsizlik;

– hərbi xəritəçilik;

– hərbi tibbi xidmətlər;

Mənbə:Report

xeberler

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button