Siyasət

DYP Gürcüstana səfər edən Azərbaycan vətəndaşlarına müraciət edib

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi (DYP) Gürcüstana səfər edən Azərbaycan vətəndaşlarına müraciət edib.

DYP-dən “Report”a verilən məlumatda bildirilir ki, qonşu ölkəyə səfər edən Azərbaycan vətəndaşları Gürcüstan Daxili İşlər Nazirliyi Patrul Polis Departamentinin barələrində tətbiq etdiyi inzibati cərimələri elektron xidmətlər vasitəsilə ödəyə biləcəklər.

“Bu məqsədlə Gürcüstan Daxili İşlər Nazirliyinin rəsmi internet saytı olan https://videos.police.ge/, eləcə də real vaxt rejimində (onlayn)​ ödəmə imkanı verən https://police.ge/protocol/index.php vebsəhifələrində identikləşdirmə üçün müvafiq rekvizitlər daxil etməklə şəxs barəsində yol hərəkəti qayda pozuntuları ilə bağlı tətbiq edilmiş inzibati tənbeh tədbirləri haqqında məlumatlar əldə edə və inzibati cərimələr üzrə ödəmələr aparıla bilər”, – məlumatda qeyd olunur.

Mənbə:Report

xeberler

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button