Siyasət

“Heydər Əliyev ili”nə həsr olunmuş “Gəlin birlikdə qaçaq” şüarı ilə yarış keçirilib

Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə “Heydər Əliyev ili”nə həsr olunmuş “Gəlin birlikdə qaçaq” şüarı ilə yarış keçirilib.

“Report” xəbər verir ki, tədbirdə paytaxt təmsilçiləri ilə yanaşı, Gəncə, Sumqayıt, Neftçala və Ağstafadan 200-dən artıq iştirakçı mübarizə aparıb.

Dənizkənarı Milli Parkda keçirilən yarışda 4 yaş kateqoriyası üzrə – 18, 40, 50 və 60 yaşdan yuxarı kişi və qadınlar arasında müxtəlif məsafələrə qaçışda qaliblər müəyyənləşib.

Eyni zamanda uşaqlar da yarışda mübarizə aparıblar.

Qeyd edək ki, “Heydər Əliyev ili”nə həsr olunmuş bu cür tədbirlər silsilə xarater daşıyır. Bundan öncə müxtəlif bölgələrdə təşkil olunmuş kütləvi qaçış tədbirlərindən daha biri sentyabrın 24-də İsmayıllıda keçiriləcək.

Mənbə:Report

xeberler

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button