Siyasət

Tblisidə Beynəlxalq Gənclər Forumu keçirilir

Tblisidə Beynəlxalq Gənclər Forumu keçirilir.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, Gürcüstanın paytaxtı Tblisidə gənc soydaşlarımız Beynəlxalq Gənclər forumu “Mədəni diplomatiya” forumunda bir araya gəliblər. Tədbirdə Gənclər təşkilatları nümayəndələri, qht rəhbərləri, universitet gəncləri, Azərbaycanın Gürcüstandakı Səfirliyinin nümayəndəsi, DATÜB və ATVİB Gənclər Təşkilatı üzvləri və digər qonaqlar iştirak edir.

Azərbaycanda yaşayan Axısxa Türklərinin “Vətən” İctimai Birliyinin sədr müavini Mövlud Işıkın sözlərinə görə, forum “Mədəni Diplomatiya” adlı tədbirin əsas məqsədi axıska türklərinin tanıdılması, Gürcüstandakı multikulturalizm mühitində yaşayan soydaşlarımızın bir araya gətirilməsi, tələbə gənclərin cəmiyyətə inteqrasiyası, təhsil alan gənclərin problemlərinin ortaya çıxarılması, Axısxalı və Azərbaycanlı gənclərin gələcəkdə ortaq layihələr həyata keçirməsinin yollarını axtarmaqdır.

O bildirib ki, qarşıdakı illərdə Türkiyə, Azərbaycan və Gürcüstandan qatılan gənclərin iştirakı ilə daha boyük miqyasda Axalsike şəhərində tədbirin keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, tədbir QHT Agentliyinin maliyyə dəstəyi, Azərbaycanda yaşayan Axısxa Türklərinin “Vətən” İctimai Birliyinin təşkilatçılığı, Alyans Gənclər Mərkəzi və DATÜB Gənclər Təşkilatının tərəfdaşlığı ilə ilk dəfə keçirilib.

Xanlar Mehdiyev

Mənbə:Report

xeberler

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button