Siyasət

Gizir hazırlığı kursunun buraxılış mərasimi keçirilib

Milli Müdafiə Universitetinin nəznində fəaliyyət göstərən Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində Gizir hazırlığı kursunun növbəti buraxılış mərasimi keçirilib.

“Report” xəbər verir ki, əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Milli Müdafiə Universitetinin rektoru professor, general-leytenant Heydər Piriyev çıxış edərək hərbi qulluqçuları salamlayıb. Məzunlara Vətənə sədaqətlə xidmət etməyi, tabeliklərində olan şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsində məsuliyyətlə çalışmağı tövsiyə edib. Onları kursu uğurla başa vurmaları münasibətilə təbrik edib, gələcək xidmətlərində uğurlar diləyib.

Sonra Milli Müdafiə Universitetinin rektorunun müşaviri professor Talat Canbolat çıxış edərək hərbi təhsilin əhəmiyyətindən danışıb. Məzunlara təhsil müddətində yiyələndikləri bilik və bacarıqları gələcək xidmətlərində uğurla tətbiq etmələrini arzulayıb.

Tədbirdə kurs birincisi məzunlar adından çıxış edərək tədris müddətində göstərilən diqqətə görə Milli Müdafiə Universitetinin rəhbərliyinə və professor-müəllim heyətinə minnətdarlığını bildirib. Göstərilən etimadı xidməti fəaliyyətlərində doğruldacaqlarına söz verib.

Sonra sertifikatlar təqdim olunub, fərqlənən məzunlar qiymətli hədiyyələrlə mükafatlandırılıb.

Buraxılış mərasimi hərbi qulluqçuların tribuna önündən təntənəli keçidi ilə başa çatıb.

Mənbə:Report

xeberler

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button