Siyasət

Azərbaycan səfirliyi Türkiyədə təhsil alacaq tələbələrə müraciət edib

Türkiyədə təhsil almağa başlayan əcnəbi tələbələr universitetlərə ilk qeydiyyata alındıqları tarixdən etibarən üç ay ərzində bu ölkənin Sosial Müdafiə Qurumuna (SGK) müraciət edərək tibbi sığorta oluna bilərlər.

“Report” xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşavirliyi məlumat yayıb.

Bildirilib ki, tələbələr universitetlərə ilk qeydiyyata alındıqları tarixdən etibarən üç ay ərzində yazılı olaraq müraciət etmədikləri təqdirdə təhsil alacaqları müddətdə bir daha SGK-da sığorta oluna bilməyəcəklər.

Qeyd edək ki, SGK tibbi xidmətlərin böyük əksəriyyətini qarşılayır.

Mənbə:Report

xeberler

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button