Siyasət

Arayik Arutyunyan istefa verəcəyini açıqladı: “Bu, son qərarımdır”

O, istefa ərizəsini sabah parlamentə təqdim edəcəyini deyib

Özünü Azərbaycanın tərkibindəki tanınmamış Dağlıq Qarabağ Respublikasının (DQR) prezidenti adlandıran Arayik Arutyunyan sentyabrın 1-də istefa verəcək.

Bu barədə Arayik Arutyunyanın yaydığı bəyanatda bildirilir.

O, istefa ərizəsini sabah parlamentə təqdim edəcəyini deyib:

“Sabah mən Artsax xalqına və parlamentinə respublika prezidenti vəzifəsindən istefa məktubumu təqdim edəcəyəm”.

“Bu, son qərardır, mən bunu iki gün əvvəl – son həftələrdə daxili və xarici aktorlar, həmçinin geniş ictimaiyyətlə əlaqələrimi nəzərə alaraq vermişəm. Bu yalnız məndə olan məlumatların təhlili əsasında balanslaşdırılmış qərarımdır”, – Arutyunyanın bəyanatında deyilir.

 Arutyunyan Qarabağı tərk etməyəcəyini, ailəsi ilə birgə burada yaşamağa davam edəcəyini bildirib.

Arayik Arutyunyan 2020-ci il may ayının 21-dən qondarma DQR-ə rəhbərlik edirdi.

xeberler

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button