Siyasət

Mingəçevirdə şəhid Təbriz Cüməzadəyə həsr olunmuş sənədli filmin təqdimatı keçirilib

Mingəçevir şəhərində şəhid Təbriz Cüməzadəyə həsr olunmuş sənədli filmin təqdimatı keçirilib.

Bu barədə “Report”a “İstehlakçıların Maarifləndirilməsinə Dəstək” İctimai Birliyindən məlumat verilib.

Film Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə ərsəyə gəlib.

Təqdimat mərasimində şəhid Təbriz Cüməzadənin atası İldırım Cüməzadə də iştirak edib və filmin ərsəyə gəlməsində əziyyəti keçən hər kəsə təşəkkür edib.

Qeyd edək ki, T.Cüməzadə 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Noyabrın 8-dən 9-na ötən gecə Şuşa-Xankəndi istiqamətində gedən döyüşlər zamanı düşmənin snayperdən açdığı atəş nəticəsində şəhid olub. T.Cüməzadə Mingəçevir şəhər Şəhidlər xiyabanında dəfn olunub.

Mənbə:Report

xeberler

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button