Siyasət

Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən yay düşərgəsi başa çatıb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən və 10 gün davam edən “Biz Birlikdə Güclüyük!” yay düşərgəsinin bağlanış mərasimi olub.

“Report” xəbər verir ki, 100 nəfər qızın iştirakı ilə keçirilən düşərgənin son günündə uşaqlar Dövlət Komitəsinin sədri Bahar Muradova ilə görüşüblər.

Tədbir çərçivəsində istedadlı düşərgə iştirakçılarının rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirilib.

Sonda düşərgə iştirakçıları sertifikat ilə təltif olunub.

Qeyd edək ki, qızların asudə vaxtının səmərəli təşkili, ictimai fəallığın artırılması, eləcə də, liderlik keyfiyyətlərinin formalaşmasına dəstək məqsədini daşıyan yay düşərgəsində müxtəlif mövzularda təlim, ekskursiya, əyləncəli oyunlar, musiqili və film gecələri keçirilib.

Bununla yanaşı, iştirakçıların Azərbaycanın tanınmış, öz fəaliyyətində nailiyyətlər əldə etmiş simaları ilə görüşləri təşkil olunub.

Mənbə:Report

xeberler

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button