Siyasət

Bakıdan erməniəsilli şəxslərə aparılan humanitar yardımın Xankəndiyə çatdırılması üçün danışıqlar aparılıb – YENİLƏNİB

Azərbaycan Qızıl Aypara Cəmiyyəti Xankəndidəki erməniəsilli şəxslərə 40 ton humanitar yardım aparılması ilə bağlı Azərbayanın ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarına məlumat veriblər.

“Report”un Ağdama ezam olunan əməkdaşının verdiyi xəbərə görə, bunu Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Baş katibi Ceyhun Mirzəyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, məram və məqsədləri barədə Azərbayan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının komandirinə məlumat veriblər: “Onlar da öz rəhbərliklərinə məruzə etdilər. Onlar rəhbərliklərinin verdiyi qərarı bizimlə bölüşmək üçün vaxt istədilər”.

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin rəsmiləri erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan aparılan humanitar yardımın Xankəndiyə çatdırılması ilə bağlı Azərbayanın ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlıları ilə danışıqlar aparır.

Bu barədə “Report”un Ağdama ezam olunan əməkdaşı xəbər verir.

Artıq içərisində 40 ton un məmulatları olan avtomobillər Rusiya sülhməramlılarının məsuliyyət zonasına yaxın postun qarşısında dayanıb.

Mənbə:Report

xeberler

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button