Siyasət

Nəşi 31 il sonra tapılmış Nurəli Abdullayev dəfn olunub – YENİLƏNİB-2

Birinci Qarabağ müharibəsi zamanı Daşaltıda itkin düşmüş, 31 il sonra meyit qalıqları tapılmış Nurəli Hacıbaba oğlu Abdullayev dəfn olunub.

“Report” xəbər verir ki, mərhum yaylım atəşi və Dövlət Himninin sədaları altında Suraxanı rayonunun Bülbülə qəsəbəsindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Suraxanı rayonunun Bülbülə qəsəbəsində Birinci Qarabağ müharibəsi zamanı Daşaltıda itkin düşmüş, 31 il sonra meyit qalıqları tapılmış Nurəli Hacıbaba oğlu Abdullayev ilə vida mərasimi başa çatıb.

“Report” xəbər verir ki, mərhumun nəşi dəfn olunması üçün Bülbülə qəsəbəsində yerləşən Şəhidlər xiyabanına gətirilib.

Suraxanı rayonunun Bülbülə qəsəbəsində Birinci Qarabağ müharibəsi zamanı Daşaltıda itkin düşmüş, 31 il sonra meyit qalıqları tapılmış Abdullayev Nurəli Hacıbaba oğlu ilə vida mərasimi keçirilir.

“Report” xəbər verir ki, vida mərasimində mərhumun yaxınları, qəsəbə sakinləri, rəsmi qurumların təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak edirlər.

O, Bülbülə qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn ediləcək.

Qeyd edək ki, N.Abdullayev 1960-cı il dekabrın 19-da Bakı şəhərinin Suraxanı rayonunda anadan olub. Əmircan qəsəbəsində böyüyüb boya-başa çatan N.Abdullayev orta məktəbi bitirdikdən sonra 112 saylı Texniki Peşə məktəbində təhsilini davam etdirib. O, bir müddət Quru Mayesiz Transformator Zavodunda və Suraxanı Ayaqqabı Fabrikində işləyib. 1978-80-ci illərdə Tbilisidə hərbi xidmətdə olub.

N.Abdullayev 1991-ci ildə müharibəyə yollanıb, Kərkicahanda, Goranboyda döyüşlərdə iştirak edib.

O, “Daşaltı əməliyyatı”nda iştirak edib və 1992-ci il yanvarın 26-da Şuşa rayonunun Daşaltı kəndi ərazisində itkin düşüb.

Mənbə:Report

xeberler

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button