Siyasət

Belçika XİN başçısı: “Belçika Azərbaycanla enerji sahəsində əməkdaşlığı inkişaf etdirməyə hazırdır”

“Belçika enerji sahəsində Azərbaycanla əməkdaşlığı inkişaf etdirməyə hazırdır”.

“Report” xəbər verir ki, bunu Belçikanın xarici işlər naziri Hadja Lahbib Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

“Biz bu sahədə tərəfdaşlığımızı genişləndirmək istərdik. Belə çətin geosiyasi vəziyyətdə tərəflərin dəstəyi çox vacibdir”, – o bildirib.

Nazir Ukraynaya dəstək verdiyinə görə Azərbaycana təşəkkürünü bildirib: “Ukraynada bərpa işlərində iştirakınız çox vacibdir”.

Mənbə:Report

xeberler

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button