Siyasət

Paşinyan: “Nə qədər ki, sülh yoxdur, SSRİ-nin ruhu bizim və regionumuzun səmasında uçacaq”

Ermənistanın Baş naziri Müstəqillik Bəyannaməsinin ildönümü ilə əlaqədar məktub yayıb

Avqustun 23-də Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin  Müstəqillik Bəyannaməsinin 33-cü ildönümü ilə bağlı təbrik məktubu yayıb.

Baş nazir Müstəqillik Bəyannaməsinin dərin təhlilə ehtiyacı olduğunu bildirib.

Nikol Paşinyan xatırladıb ki, 1990-cı il avqustun 23-də Ermənistan SSR Ali Soveti Müstəqillik Bəyannaməsi ilə dövlət müstəqilliyinin əldə edilməsi prosesinə start verib:

“Bəyannamə indiki dövlətçiliyimizin əsasını qoyan əlamətdar sənəddir. Bu, 1988-ci ildə Sovet İttifaqında hökm sürən iqtisadi, siyasi və ideoloji böhran şəraitində başlayan Qarabağ hərəkatının zirvəsində qəbul edilib”.

Mən 2020-ci il müharibəsindən əvvəl və xüsusən də müharibədən sonra Bəyannamənin mətnini dəfələrlə oxudum. Etiraf edirəm ki, müharibədən sonrakı mütaliələrin təəssüratları müharibədən əvvəlki mütaliələrdən bir qədər fərqli idi. Sənədin mətninin tənqidi təhlili göstərir ki, sonda biz belə bir diskurs və məzmun seçmişik ki, bu da bizi Sovet İttifaqının bir hissəsi edən düstur əsasında qurulmuşdur: bu, regional mühitlə qarşıdurma diskursudur. Hansı ki, bu, bütövlükdə SSRİ-nin bir hissəsidir və bizi qonşularımızla daim münaqişədə saxladı”, – deyə Baş nazir əlavə edib.

Onun sözlərinə görə, bu Bəyannamə ilə Ermənistan SSRİ-dən çıxmaq kursunu elan etsə də, eyni zamanda, çıxmaq üçün bütün yolları da bağlayıb:

“Nə qədər ki, sülh yoxdur, SSRİ-nin ruhu bizim və regionumuzun səmasında uçacaq. Demək olar ki, ötən əsrin sonunda qəbul edilən bəyannamə ilə Ermənistan əsrin əvvəllərində onun ölkəsinin müstəqilliyini itirməyə aparan düsturu bir daha qəbul edib. İndi başqa yolların nə olacağını və hara aparacağını dəqiq deyə bilmərik. Amma artıq keçilmiş yolu təhlil edib anlamaq bizim tarixi borcumuzdur”.

Nikol Paşinyan vurğulayıb ki,  2018-ci ildə Baş nazir vəzifəsinə başlamazdan əvvəl və ondan sonra da Müstəqillik Bəyannaməsinə “İncil mesajı” kimi yanaşıb:

Halbuki Bəyannamə nə qədər fundamental bir sənəd olsa da, hələ də dərin təhlilə ehtiyacı var. Çünki bu, bütün sonrakı nəticələri olan siyasi sənəddir”.

Baş nazir məktubunu “müstəqilliyi, suverenliyi, demokratiyanı seçirəm. Ermənistan Respublikasının vətəndaşı müstəqilliyi, suverenliyi, demokratiyanı seçir”,- sözləri ilə bitirib.

xeberler

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button