Siyasət

Elmar Məmmədyarov: “Çavuşoğlu və Lavrovla danışıram, yazışıram”

“Cənab Çavuşoğlu ilə çox yaxşı münasibətlərimiz var. İndi də danışırıq”.

Bunu “Report”a müsahibəsində keçmiş xarici işlər naziri, diplomat Elmar Məmmədyarov gəlib.

Sabiq nazir Çavuşoğlunun çox güclü və bacarıqlı diplomat olduğunu xatırladıb: “Bilirsiniz ki, Mövlud Çavuşoğlu siyasi fəaliyyətini millət vəkili kimi davam etdirir. O, Türkiyə Böyük Millət Məclisinin NATO-dakı nümayəndə heyətinin rəhbəridir. Düşünürəm ki, Çavuşoğlu xarici işlər naziri kimi qazandığı uğuru yenə əldə edəcək. Eyni zamanda Hakan bəyi də tanıyıram. Onun da bacarığına bələdəm. Bu mənada Türkiyənin praqmatik xarici siyasət kursunun olduğu kimi davam edəcəyinə əminəm”.

E. Məmmədyarov hazırda daha çox mətbuat nümayəndələri ilə ünsiyyətdə olduğunu söyləyib: “İndi daha çox jurnalistlərlə dostluq edirəm, onların suallarını cavablandırıram (gülür). Amma bəzi diplomat və siyasətçi dostlarımla da ünsiyyətim davam edir. Məsələn, Rusiyanın xarici işlər naziri Sergey Lavrovla arada danışır, yazışırıq”.

Müsahibə ilə buradan tanış ola bilərsiniz.

Mənbə:Report

xeberler

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button