Siyasət

BMTM: “Okamponun hesabatı BMT TŞ-nin iclasından əvvəl digər dövlətlərin dəstəyini qazanmaq üçün uydurulub”

Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) keçmiş prokuroru Luis Moreno Okamponun Azərbaycan əleyhinə hazırladığı hesabat qərəzlidir və BMT Təhlükəsizlik Şurasının (TŞ) iclasından əvvəl bir sıra dövlətlərin dəstəyini cəlb etmək məqsədi daşıyır.

“Report” xəbər verir ki, bu barədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) məqaləsində deyilir.

“Okampo faktlara və qanuna “mətbəx təfəkkürü” ilə yanaşır. Bu yanaşma isə heç bir şəkildə Ermənistanın işini irəli aparmadı. Əksinə, bu siyasi çalarlı rəy BMT TŞ-nin 2023-cü il avqustun 16-na təyin edilmiş fövqəladə iclasının keçirilməsində bir sıra əsas dövlətlərin dəstəyini cəlb etmək məqsədi daşıyırmış”, – məqalədə deyilir.

O da qeyd olunub ki, Soyqırımı haqqında Konvensiyaya əsasən, Ermənistan Azərbaycana qarşı Beynəlxalq Ədalət Məhkəməsində iddia qaldıra bilər: “Lakin onun belə bir iddia ilə çıxış etməməsi onları təsdiq edəcək hər hansı sübutun və bununla bağlı özlərinə əminliyin olmamasından xəbər verir”.

Mərkəzin analitikləri belə qənaətə gəliblər ki, Okamponun “şübhəli reputasiyası” və Azərbaycana qarşı qərəzli münasibəti ilə yanaşı, rəyin hüquqi və faktiki çatışmazlıqları onun beynəlxalq təşkilatlar, KİV və məhkəmə orqanları tərəfindən istifadəsi zamanı diqqətlə araşdırılmasını tələb edir.

Daha əvvəl beynəlxalq hüquq eksperti, “Temple Garden Chambers” hüquq firmasının müşaviri Rodni Dikson da Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) keçmiş prokuroru Luis Moreno Okamponun 7 avqust 2023-cü il tarixli ekspert rəyində irəli sürülən iddiaların əsassız və tamamilə etibarsız olduğu qənaətinə gəlib.

Mənbə:Report

xeberler

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button