Siyasət

Azərbaycan Ermənistanın diversiya qrupunun bir üzvünü saxladığını deyir

Ermənistan Müdafiə Nazirliyi məlumatı təsdiqləyir, təxribatı təkzib edir

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupunun bir üzvünün saxlanıldığını deyir.

Bildirilir ki, kəşfiyyat-diversiya qrupu avqustun 16-da Kəlbəcərin İstisu yaşayış məntəqəsinə keçmək istəyib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik qarşı tərəfi təxribat törətməkdə ittiham edib:

“Azərbaycan ordusu erməni hərbçilərin təxribatının qarşısını alıb. Nəticədə diversiya qrupunun bir üzvü yaralanmış vəziyyətdə saxlanılıb. Kəşfiyyat-diversiya qrupunun digər üzvləri geri çəkilməyə məcbur edilib”.

“Hazırda qrupun saxlanılan üzvü haqqında məlumatlar dəqiqləşdirilir. İctimaiyyətə əlavə məlumat veriləcək”, – deyə MN əlavə edib.

Ermənistan Müdafiə Nazirliyi məlumatı təsdiqləyib.

Ermənistan Müdafiə Nazirliyi hərbçinin Azərbaycan tərəfinə necə keçə biləcəyini araşdırdığını açıqlayıb.

Ermənistan Müdafiə Nazirliyi hesab edir ki, Silahlı Qüvvələrin sərhədin şərq hissəsinə təxribat yolu ilə soxulmağa cəhd etməsi haqda xəbər tamamilə yalandır.

Daha əvvəl bildirmişdik ki, ilkin məlumatlara görə, ehtiyatda olan hərbi qulluqçu, təlim-məşq toplanışının iştirakçısı G.V. döyüş mövqeyini tərk edib. Ehtiyatda olan hərbçinin Azərbaycan tərəfinə necə keçə biləcəyi ilə bağlı mümkün ssenari və şərait öyrənilir”, – deyə Ermənistan Müdafiə Nazirliyinin açıqlamasında deyilir.

xeberler

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button