Siyasət

ATƏT nümayəndəsi Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətlə tanış olacaq

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani şəxsi nümayəndəsi Anjey Kaspşiki Ermənistan-Azərbaycan şərti sərhədinə göndərir.

“Report” xəbər verir ki, bu barədə B.Osmani “X” sosial şəbəkəsində yazıb.

O qeyd edib ki, belə bir qərarı ötən həftə Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə telefon danışıqlarından sonra verib.

“Siyasi məsələlər üzrə dialoq davam etməlidir və ATƏT buna töhfə verməyə hazırdır”, – B.Osmani vurğulayıb.

Mənbə:Report

xeberler

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button