Siyasət

QHT sədri: “Qırmızı Xaç Komitəsi görməlidir ki, blokada ilə bağlı əsl real vəziyyət Naxçıvandadır”

“Ermənistana dəstək vermək üçün xüsusi canfəşanlıq edən Qırmızı Xaç Komitəsi görməlidir ki, blokada ilə bağlı əsl real vəziyyət Naxçıvandadır”.

Bu fikirləri “Report”a açıqlamasında Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələrinin Naxçıvan Muxtar Respublikası Təşkilatının sədri Məcid Seyidov deyib.

O vurğulayıb ki, uzun müddətdir Naxçıvan Muxtar Respublikası Ermənistanın apardığı bədnam işğalçılıq siyasəti nəticəsində ağır blokada şəraitində yaşayır:

“Burada enerjinin, yanacağın olmadığı dövrlərdə Naxçıvan Ali Sovetinin sədri Ulu Öndər Heydər Əliyevin bir çox fərman və sərəncamlarını məhz şam işığında yazdığı heç kimə sirr deyil. Nə üçün beynəlxalq təşkilatlar Naxçıvanın uzun illərdir davam edən blokada şəraitini görməzdən gəlir, lakin erməni təbliğat maşınının humanitar böhranla bağlı uydurduğu yalanlara öz dəstəklərini göstərirlər?!”.

“Bir ovuc erməninin yalanlarına inanan nüfuzlu beynəlxalq təşkilatların 1988-ci ildən Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasının Ermənistanın bölücülük siyasəti nəticəsində blokdada qaldığını gözməzdən gəlmələri onların ikili standartlardan çıxışının başqa bir nümunəsidir. Naxçıvan əhalisi arzu edir ki, bizim ana vətənimizlə olan əlaqələrimiz tezliklə bərpa edilsin və Zəngəzur dəhlizi ən qısa zamanda açılsın. Kommunikasiyaların təmin edilməsi məsələsində Qırmızı Xaç Komitəsinin də üzərinə çox iş düşür”,- QHT sədri xatırladıb.

M.Seyidov vurğulayıb ki, Ermənistana dəstək vermək üçün xüsusi canfəşanlıq edən Qırmızı Xaç Komitəsi görməlidir ki, blokada ilə bağlı əsl real vəziyyət Naxçıvandadır:

“Bu gün belə Naxçıvan blokada şəraitindədir. Biz də Naxçıvan vətəndaş cəmiyyətinin nümayəndələri olaraq Beynəlxalq Qırmızı Xaç Komitəsinə də çağırış edirik ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında kommunikasiyanı təmin etsin”.

Qeyd edək ki, Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən qeyri-hökumət təşkilatları (QHT) beynəlxalq ictimaiyyətə müraciət ünvanlayıb. Müraciətdə Naxçıvan Muxtar Respublikasının 30 ildən çoxdur ki, blokada şəraitində yaşadığı qeyd olunub, dünya birliyinin Ermənistanı Zəngəzur dəhlizi layihəsini icra etməyə məcbur etməsinə dair çağırışlar yer alıb.

Mənbə:Report

xeberler

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button