Siyasət

İspaniyanın Azərbaycandakı müvəqqəti işlər vəkili XİN-ə çağırıldı

Səbəb kimi Qarabağdakı qondarma rejimi dəstəkləyən paylaşım göstərilir

Avqustun 15-də İspaniyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Patrisia Serrano Sançez Xarici İşlər Nazirliyinə çağırılıb.

Səbəb kimi İspaniya Krallığının Xarici İşlər, Avropa İttifaqı və Əməkdaşlıq Nazirliyinin “X” sosial media platformasında Azərbaycan ərazilərində Ermənistanın işğalı nəticəsində yaradılmış qondarma separatçı rejimi dəstəkləyən təxribat xarakterli paylaşımı göstərilib.

Bu barədə Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat İdarəsi məlumat yayıb.

Bildirilir ki, Patrisia Serrano Sançezə paylaşımın qəbuledilməz olduğu və öz ərazisində separatizmlə mübarizə aparan İspaniya kimi ölkə tərəfindən belə bir addımın atılmasının anlaşılmaz olduğu deyilib:

Bu qeyri-konstruktiv yanaşmanın Azərbaycan-İspaniya münasibətlərinin ruhuna uyğun gəlmədiyi və Azərbaycan tərəfindən qətiyyətlə pislənildiyi diqqətə çatdırılıb”.

“İspaniyanın müvəqqəti işlər vəkili ölkəsinin davamlı olaraq Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini və bu mövqedə heç bir dəyişikliyin baş vermədiyini bildirib. Sözügedən X paylaşımının texniki nöqsan olduğunu deyən ispan diplomat bu səbəbdən də Azərbaycan tərəfinin narahatlığını ifadə etməsindən dərhal sonra həmin paylaşımın silindiyini diqqətə çatdırıb. Azərbaycan isə belə halların bir daha təkrarlanmaması üçün müvafiq tədbirlərin görülməsinin vacib olduğunu bildirib”, – deyə Mətbuat İdarəsi vurğulayıb.

xeberler

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button