Siyasət

Azərbaycan XİN Dağıstana başsağlığı verib

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Rusiyanın Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərindəki yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar başsağlığı verib.

“Report” xəbər verir ki, bu barədə nazirliyin “X” səhifəsində paylaşım edilib.

“Rusiya Federasiyasının Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərində yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində insan tələfatı və çoxsaylı xəsarətlərin olması bizi dərindən kədərləndirir. Bu dağıdıcı faciədə həyatını itirənlərin ailələri və dostlarına dərin hüznlə başsağlığı veririk”, – paylaşımda qeyd edilib.

Xatırladaq ki, Mahaçqalada yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində 30 nəfər həyatını itirib, 100-dən çox adam isə yaralanıb. Dağıstan Respublikası ərazisində 3 günlük matəm elan olunub. Hadisənin baş verdiyi Kumtorkalinski rayonunda isə fövqəladə vəziyyət rejimi tətbiq edilib.

Mənbə:Report

xeberler

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button