Siyasət

ANAMA Daşkəsəndə gənclər üçün təlim keçib

İşğaldan azad olunmuş ərazilərdə təhlükəsiz həyat şəraitinin formalaşdırılması üçün Azərbaycanın Minatəmizləmə Agentliyi (AMAMA) tərəfindən “Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə” təlimləri davam edir.

Bu barədə “Report”a ANAMA-dan məlumat verilib.

Bildirilib ki, növbəti təlim Azərbaycan Gənclər və İdman Nazirliyi Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin müraciəti əsasında Daşkəsən rayonu Gənclər Birliyinin nümayəndələrinə keçirilib.

Təlimdə iştirakçılara təhlükəli ərazinin əlamətləri, tanış olmayan şübhəli ərazilərdə davranış qaydaları, eləcə də, müxtəlif növ mina və sursat maketlərinin nümayişi ilə onların törədə biləcəyi fəsadlar barədə məlumat verilib.

Mənbə:Report

xeberler

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button