Siyasət

Pakistanda keçirilən sərgidə Azərbaycanın turizm potensialı barədə məlumat verilib

Azərbaycanın Pakistandakı fövqəladə və səlahiyyətli səfiri Xəzər Fərhadov I Pakistan Beynəlxalq Turizm İnvestisiya Sərgisində iştirak edib.

“Report” xəbər verir ki, bu barədə səfir “X”də paylaşım edib.

O, sərgidə iştirak və çıxış etməkdən məmnunluğunu bildirib.

“I Pakistan Beynəlxalq Turizm İnvestisiya Sərgisində iştirak etməkdən və çıxış etməkdən məmnunam. Sərgidə tamaşaçılara zəngin mədəniyyət, tarix, təbii gözəllik, Şərq və Qərbin nadir memarlıq xüsusiyyətlərini özündə birləşdirən, kəşfə dəyər olan Azərbaycanın turizm potensialı haqqında məlumat verilib”, – deyə o qeyd edib.

Mənbə:Report

xeberler

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button