Siyasət

Söhbət Ermənistan və Azərbaycandan gedəndə, Rusiya barədə danışmaq istəmirəm

Vaşinqton sülh müqaviləsinin əldə olunması üçün Bakı və Yerevanla birgə işini davam etdirəcək.

Bunu avqustun 7-də keçirdiyi brifinqdə ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller deyib.

O bu bəyanatı “tələsik və çiy” sülh müqaviləsinin Bakı və Yerevan arasında davamlı sülh yaratmayacağına dair Moksvadan səslənən fikirlərə münasibət bildirirərkən verib.

ABŞ rəsmisi bir daha bəyan edib ki, “bu məsələnin tərəfi olmayan hər hansı üçüncü ölkədən səslənən şərhlərə baxmayaraq” Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin əldə olunması mümkündür:

“Mən söhbət Ermənistan və Azərbaycandan gedəndə Rusiya barəsində danışmaq istəmirəm. Mən bu müzakirəyə birbaşa dəxli olan, bilavasitə tərəf olan iki ölkə barədə danışmaq istəyirəm. Biz bu iki ölkə ilə birbaşa əlaqədəyik. Xüsusi səfir Bono ötən həftə regiona baş çəkib və birbaşa onlarla danışıb. Biz hesab edirik ki, bu məsələdə tərəf olmayan başqa ölkələrdən səslənən istənilən şərhlərə baxmayaraq razılaşma mümkündür. Biz bu razılaşmanın əldə olunması üçün tərəflərlə işi davam etdirəcəyik”.

Azadlıq radiosu

Azadlıq Qəzeti

xeberler

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button