Siyasət

XİN rəsmisi: “Özbəkistan Qarabağın bərpasında Azərbaycana ilk yardım edən ölkələrdən biri olub”

“Azərbaycan və Özbəkistan arasında müxtəlif sahələrdə əməkdaşlığa dair 150 sənəd imzalanıb”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Cənubi Qafqaz, Qərbi və Mərkəzi Asiya İdarəsinin rəis müavini Zamin Əliyev Bakıda keçirilən “Özbəkistan və Azərbaycan: əməkdaşlığın yeni üfüqləri” adlı Dəyirmi masada deyib.

Onun sözlərinə görə, hazırda ölkələr həm də ticarət dövriyyəsini artırmağa çalışırlar: “Müharibədən sonra yeni reallıqlar formalaşıb, biz Özbəkistanın işğaldan azad edilmiş ərazilərin bərpası prosesində mövqeyini və dəstəyini yüksək qiymətləndiririk”.

O əlavə edib ki, Özbəkistan işğaldan azad edilmiş ərazilərin bərpasında Azərbaycana ilk yardım edən ölkələrdən biri olub: “Belə ki, Füzulidə 940 uşağın təhsil alacağı məktəb inşa ediləcək”.

Z.Əliyev qeyd edib ki, Zəngəzur dəhlizinin açılması Azərbaycanın tranzit imkanlarının inkişafı üçün əlavə imkanlar yaradacaq.

Mənbə:Report

xeberler

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button