Siyasət

Prezident İlham Əliyev Xalq artisti Rasim Balayevə “İstiqlal” ordenini təqdim edib – YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 8-də Xalq artisti Rasim Balayevə “İstiqlal” ordenini təqdim edib.

“Report” xəbər verir ki, dövlətimizin başçısı əvvəlcə Xalq artisti Rasim Balayev ilə söhbət edib.

Rasim Balayev: Salaməleyküm.

Prezident İlham Əliyev: Salam, xoş gördük.

Rasim Balayev: Mənim bir arzum var idi ki, Qarabağdan sonra, işlərinizdən sonra Sizi qucaqlayım. Çox şükür ki, bizə qismət oldu.

Prezident İlham Əliyev: Sağ olun. Sizi ilk növbədə yubileyiniz münasibətilə təbrik edirəm. Sizə cansağlığı, yeni uğurlar arzulayıram.

Rasim Balayev: Çox sağ olun.

Prezident İlham Əliyev: Siz Azərbaycan xalqını öz sənətinizlə uzun illərdir ki, sevindirirsiniz. Fəaliyyətiniz çox məhsuldardır, onlarla filmdə çəkilmisiniz. Ümumiyyətlə, Azərbaycanın kino sənətinə çox böyük töhfə vermisiniz və bu fəaliyyət davam edir. Mən buna çox sevinirəm, çox şadam.

Rasim Balayev: Çox sağ olun.

Prezident İlham Əliyev: Siz, eyni zamanda, ölkəmizin ictimai həyatında da çox fəalsınız. Çox dəyərli fikirləriniz ölkəmizin ümumi inkişafına dəstəkdir. Təbii ki, sizin kino fəaliyyətiniz Azərbaycan xalqı üçün Babək, Nəsimi obrazları ilə də bağlıdır. Xalq qəhrəmanımız Babəkin, dahi şairimiz Nəsiminin obrazlarını siz canlandırmısınız və Azərbaycan xalqının təsəvvüründə də onlar elə sizin obrazınızdır.

Mən sizi ürəkdən təbrik etmək, sizə cansağlığı, uzun ömür arzulamaq istəyirəm. Azərbaycan dövləti sizin fəaliyyətinizi çox yüksək qiymətləndirir, həm sovet dövründə bir çox mükafatlarla təltif olunmusunuz…

Rasim Balayev: Rəhmətlik Ulu Öndərimiz 50 yaşımdan həmişə mənim qayğıma qalıb.

Prezident İlham Əliyev: Bəli, elədir.

Rasim Balayev: Bunu da Siz davam etdirirsiniz.

Prezident İlham Əliyev: Qeyd etdiyiniz kimi, müstəqillik dövründə də 50 illik yubileyinizdə sizi “Şöhrət” ordeni ilə təltif etmişdir.

Mənbə:Report

xeberler

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button