Siyasət

Hərbi kursantların təlimində şərti düşmən hədəfləri məhv edilib

Heydər Əliyev adına Hərbi İnstitutun tədris planı və proqramına uyğun olaraq kursantların çöl şəraitində keçirilən düşərgə toplanışında praktiki tədris məşğələləri davam edir.

Bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib.

Təlim-atış poliqonunda müxtəlif çaplı atıcı silahlardan gecə və gündüz şəraitində şərti düşmən hədəflərinin yerindən məhv edilməsi üzrə tapşırıqlar müvəffəqiyyətlə icra edilib.

Çalışmaların yerinə yetirilməsində əsas diqqət kursantların silahlardan istifadə bacarıqlarının artırılması, eləcə də praktiki və döyüş vərdişlərinin təkmilləşdirilməsinə yönəldilib.

Heydər Əliyev adına Hərbi İnstitutun kursantları düşərgə toplanışında qarşıya qoyulan tapşırıqların icrası zamanı yüksək fəallıq nümayiş etdirirlər.

Mənbə:Report

xeberler

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button