Siyasət

Amerikalı jurnalistlər Şuşanı ziyarət ediblər

Azərbaycanın işğaldan azad edilmiş rayonlarına səfər çərçivəsində bir qrup amerikalı jurnalisti və media eksperti Şuşa şəhərində olub.

“Report” xəbər verir ki, Şuşa şəhər Dövlət Qoruğu İdarəsinin əməkdaşı amerikalı qonaqlara Azərbaycanın ən mühüm şəhərlərindən biri olan, Qafqazın musiqi mərkəzi hesab edilən Şuşanın yaranma tarixi, inkişafı, işğal illərində azərbaycanlıların tarixi izlərini silmək məqsədilə erməni vandallarının şəhərdəki tarixi memarlıq, mədəni və dini abidələrini dağıtması, hazırda aparılan yenidənqurma və abadlıq işləri barədə ətraflı məlumat verib və sualları cavablandırıb.

Nümayəndə heyəti “Güllələnmiş heykəllər” meydanını, Xurşidbanu Natəvanın evini, “Xan qızı bulağı”nı, Yuxarı Gövhərağa məscidini, Molla Pənah Vaqifin məqbərəsini, Gəncə Qapısını, Şuşa qalasını və Cıdır düzünü ziyarət edib.

Qeyd edək ki, nümayəndə heyətinə ABŞ-ın Yel Univeristetində təhsilini davam etdirən, “Report” İnformasiya Agentliyinin ABŞ bürosunda çalışan azərbaycanlı jurnalist Vüsalə Abbasova, “Arab News”un BMT bürosunun rəhbəri, Əfqanıstan, İraq və Cənubi Livandakı münaqişə bölgələrində dünyanın qabaqcıl media qurumlarının (Fox TV, CNN, Al Jazeera) müharibə müxbiri kimi uzun illər çalışmış Əfram Kosafi, Kolumbiya Respublikasının tanınmış televiziya şəbəkəsinin (Caracol TV and Canal 1) Nyu-York və paytaxt Vaşinqtondakı müxbiri, tanınmış blogger Paola Varqas, “Schirach Report”un təsisçisi və baş redaktoru Paolo von Şiraç, “Anadolu” Agentliyinin ABŞ bürosunun fotojurnalisti, “Turkish Journal”ın təsisçisi Selcuk Acar və “RC Communications”nın prezidenti, tanınmış jurnalist və siyasi şərhçi Kelvin Dark daxildir.

Mənbə:Report

xeberler

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button