Siyasət

“Türkiyə ilə Azərbaycanın FETÖ bəlasından qurtulması üçün sistemli əməliyyatların aparılması zəruridir” – RƏY

“İki qardaş ölkənin FETÖ bəlasından qurtulması üçün dəqiq və sistemli əməliyyatların aparılması zəruridir”.

Bunu “Report”un Ankara bürosuna açıqlamasında Türkiyənin “Yeni Akit” qəzetinin Ankara üzrə redaktoru, politoloq Muhammet Kutlu bildirib.

Poltoloq deyib ki, Türkiyədə əsas niyyəti ordunu ələ keçirmək olan FETÖ terror təşkilatı buna qismən nail olsa da, 2016-cı il iyulun 15-də xalq mübarizəyə qalxaraq hakimiyyətlə birgə onları məğlub edib:

“FETÖ-çülər o qədər irəliyə getdilər ki, dövlət çevrilişinə və hakimiyyəti ələ keçirməyə cəhd etdilər. Amma xalqın hünəri və cəsarəti onlara mane oldu”.

Ekspertin sözlərinə görə, FETÖ ordu ilə yanaşı, Türkiyədə təhsil, xarici əlaqələr, maliyyə, media kimi mühüm sahələri də ələ keçirməyi hədəfləyib: “Bunları ələ keçirdikdən sonra bütün dövlət qurumlarına hakim kəsilərək hər ay müntəzəm olaraq ölkənin milyardlarla dollarını ABŞ-a göndərirdilər”.

Politoloq hesab edir ki, FETÖ Türkiyədən sonra ən çox Azərbaycanda böyük təsirə malik olub və burada da xüsusi məqsədlər var: “Bu, ABŞ-ın maraqları çərçivəsində planlanmışdı. Türkiyə-Azərbaycan birliyi qlobal mafiyanın iradəsinə zidd olduğuna görə, məqsəd bu iki qardaş ölkənin münasibətlərini nəzarətdə saxlayıb aralarına nifaq salmaq, əməkdaşlıqlarına mane olmaqdır”.

M.Kutlunun sözlərinə görə, FETÖ Türkiyə, Azərbaycan, o cümlədən nüfuz etdiyi digər ölkələr üçün hələ də təhlükə mənbəyidir: “FETÖ terror təşkilatı ilə əlaqədar aparılan çoxsaylı mübarizə tədbirlərinə, həbslərə, vəzifədən uzaqlaşdırmalara baxmayaraq, bu təşkilat təəssüf ki, hələ də güclüdür. Ona görə də ardıcıl mübarizə tədbirlərini gücləndirmək vacibdir. İstər Türkiyədə, istər Azərbaycanda, istərsə də məskunlaşdıqları digər dövlətlərdə bu xəyanət və terror yuvasından qurtulmaq üçün hələ görüləsi işlər çoxdur”.

Mənbə:Report

xeberler

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button