Siyasət

Ərdoğan və Ceyhun Bayramov Azərbaycan-Ermənistan münasibətlərini müzakirə ediblər – YENİLƏNİB

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov arasında iyulun 31-də Ankarada keçirilən görüşdə müzakirə olunan məsələlər açıqlanıb.

“Report” xəbər verir ki, görüşdə ikitərəfli əməkdaşlıq və mövcud geosiyasi durum müzakirə olunub.

R.T.Ərdoğan və C.Bayramov həmçinin Azərbaycan-Ermənistan arasında münasibətlərin normallaşması prosesinin gedişatı barədə də fikir mübadiləsi aparıblar.

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbul edib.

“Report” xəbər verir ki, məlumatı Türkiyə Prezidentinin Administrasiyası yayıb.

Qeyd edək ki, C.Bayramov Türkiyədə rəsmi səfərdədir. O, iyulun 31-də Türkiyə Cümhuriyyətinin qurucusu, Qazi Mustafa Kamal Atatürkün Anıtqəbir məqbərəsini ziyarət edib.

Daha sonra C.Bayramov və H.Fidan arasında təkbətək və geniş tərkibdə görüş olub. Nazirlər danışıqlardan sonra birgə mətbuat konfransı keçiriblər.

Mənbə:Report

xeberler

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button