Siyasət

Repressiyalar xalqa qəsddir

Qənimət Zahid

Görəsən, bu hökumətin içindən nə zamansa, kimsə Azərbaycan rejiminin azərbaycanlıları bu qədər intensivliklə, iştaha ilə şərləyərək həbs etməsinin səbəblərinə yorum verə biləcəkmi?
Söhbət on minlərlə insanın günahsız, böhtanla tutulmasından, taleyinin dəyişdirilməsindən gedir, amma burası aydındır. Amma bir də bu industriyanın özü var! On minlərlə azərbaycanlı da bu prosesə şərləmə mexanizminin elementləri kimi cəlb edilirlər, axı! Bu adamlar bir saat öncə, bir ay- iki ay və ya 10 il öncə öz həmyerlisinin, öz millətindən olan birisinin üzünə durub abırsızca şərləmə əməyəliyyatında iştirak etdiklərini heç zaman yaddan çıxara bilmirlər. İstəyərlər unutsunlar, hamı da unutsun, amma bacarmırlar, axı bir başqasının taleyinə müdaxilə edib onun zorakılıqla dəyişdirilməsində iştirak etmisən, necə unuda bilərsən?! Daha pis, daha murdar bir iş görürlər əvvəlkini unutmaq üçün… beləcə, ölkədə on minlərlə insan özündən asılı olmadan qoşulduğu bir prosesdə özünün iradəsi ilə yaramazlıq dinamikasını artırmağa başlayır. Cəmiyyətin mənəvi ekologiyasında kirlənmə dərəcəsi artır, artır, intəhasız artır!
Şərləmə isə davam edir. Mənəvi ekosistemi pozulmuş, darmadağın edilmiş cəmiyyət şeytan xislətinin daşıyıcılarının ərköyün istəklərinin girovuna çevrilir.
Kimlərinsə şərlənib tutulmaslna sadəcə olaraq, siyasi repressiya mexanizmi kimi baxmayın. Bu mexanizm öz çirkli və murdar iş prinsipi ilə azərbaycanlıları sıradan çıxarır, aşındırır. Şərlənərək həbs edilən hər bir dustağın taleyinin məhv edilməsi prosesindən onlarla adam maaş alır, ailə saxlayır, övladını yemlədiyini- böyütdüyünü düşünür! Onlarla adam! Bunlar hamısı azərbaycanlıdır!
Bu prosesi təşkil edənlər yalnız kimlərisə siyasi fəaliyyətinə görə cəzalandırmırlar, siyasi proseslərin tempini aşağı salmırlar, həm də bir milləti mümkün ola biləcək ən pis keyfiyyətə- satqınlığa, üzə durmağa, saxta şahidliyə, saxta mühakimə vərdişlərinə yoluxdururlar və bunu qəsdən edirlər!

Azadlıq Qəzeti

xeberler

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button