Siyasət

Təşkilat sədri: “İşğaldan azad olunan ərazilərdə elə yerlər var ki, bir kvadrat metrdən 6 mina çıxır”

“Ermənistanın işğalından azad olunan ərazilərdə elə yerlər var ki, bir kvadrat metrdən 6 mina çıxır”.

“Report” xəbər verir ki, bunu Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri Hafiz Səfixanov mina qurbanlarının iştirakı ilə keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, bir ailədə minanın qurbanı olmuş şəxs varsa, bu, təkcə onların deyil, bir icmanın problemidir, məsuliyyətidir: “Bizi ən çox narahat edən məsələ isə, mina qurbanlarının sayının artmasıdır”.

H.Səfixanov söyləyib ki, dövlət minadan zərərçəkmiş şəxslərə hər zaman diqqət və qayğı göstərir: “Biz də əlimizdən gələni edirik”.

Mənbə:Report

xeberler

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button