Siyasət

Qərb səfirlikləri Qubad İbadoğlu ilə bağlı birgə bəyanat yayıb

Məhkəməsinin qərarı ilə onun barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilib

Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Almaniya və Fransanın Azərbaycandakı səfirlikləri Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun həbsi ilə bağlı birgə bəyanat yayıblar.

Sənəddə vurğulanır ki, “beynəlxalq səviyyəli alim Qubad İbadoğlunun iyulun 23-dəki həbsini yaxından izləyirlər: “Azərbaycanın öz vətəndaşlarının, o cümlədən Q. İbadoğlunun əsas azadlıqlarını və insan hüquqlarını Azərbaycan konstitusiyasına, beynəlxalq öhdəliklərinə uyğun olaraq müdafiə etməsi çox vacibdir”.

Bəyanat müəllifləri Azərbaycan hökumətini Q.İbadoğlunun dərman vasitələrin təminatı və ədalətli məhkəmə prosesi daxil olmaqla, insan hüquqlarına hörmətlə yanaşılmasına çağırıblar.

Hələlik, bəyanata Azərbaycanın rəsmi qurumlarından münasibət almaq mümkün olmayıb.

Bundan əvvəl də bir sıra beynəlxalq təşkilatlar Quabad İbadoğlunun hüquqlarının müdafiəsi ilə bağlı açıqlamalar yayıblar.

Azadlıq radiosu

Azadlıq Qəzeti

xeberler

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button