Siyasət

Bu il mediasiya ilə bağlı ombudsmana şikayət edən olmayıb

“Cari ilin ilk 6 ayı ərzində mediasiya ilə bağlı ombudsmana şikayət edən olmayıb”.

“Report”un xəbərinə görə, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Mediasiya islahatları sahəsində qanunvericiliyin təkminləşdirilməsi ilə əlaqədar Nazirlər Kabinetinin 29 dekabr 2022-ci il tarixli, 30590 nömrəli dərkənarı ilə aidiyyəti qurumlara ünvanlanan məktubun icrası üzrə təkliflərin müzakirəsinə həsr edilən ilkin müzakirə zamanı deyib.

Onun sözlərinə görə, əvvəlki illərdə qeyd olunan sahə ilə əlaqədar ombudsmana ünvanlanmış şikayətlər əsas etibarı ilə mediatorlar tərəfindən etik davranış normalarının pozulması, mediasiya sessiyası zamanı tərəflərin hüquq bərabərliyinin təmin olunmaması, mediasiya sessiyası barədə bildirişin təqdim edilməməsi və sənədləşmə prosesindəki nöqsanlarla bağlı olub: “Şikayətlərlə əlaqədar tərəfimizdən Mediasiya Şurasına ünvanlanmış müraciətlər əsasında operativ araşdırmalar aparılıb, pozuntu müəyyən edildiyi hallarda onların aradan qaldırılması və intizam məsuliyyəti tədbirlərinin tətbiqi təmin edilib.

Bu, bir daha onu göstərir ki, mediasiya fəaliyyətinin və bu sahəni nizamlayan normativ-hüquqi aktların vaxtaşırı monitorinqinin aparılması və mövcud boşluqların aradan qaldırılması vacibdir. Mediasiya sahəsində xarici ölkələrin təcrübəsinin təhlili də bu sahədə fəaliyyətin təkmilləşdirilməsində əhəmiyyətli rol oynaya bilər”.

Mənbə:Report

xeberler

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button