Siyasət

Zaxarova: “Rusiya ilə Azərbaycan arasında əməkdaşlıq regionda sabitliyin əsas elementlərindən biridir”

“Rusiya ilə Azərbaycan arasında möhkəm və sıx əməkdaşlıq Cənubi Qafqazda da sabitliyin əsas elementlərindən biridir”.

“Report”un Rusiya bürosu xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

Diplomat qeyd edib ki, Azərbaycan ilə Rusiya arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında bəyannamə imzalandıqdan sonra iki ölkə arasında münasibətlər keyfiyyətcə yeni səviyyədə inkişaf edir.

“Biz Azərbaycan Prezidenti İlham Əliyevin ikitərəfli münasibətlərin vəziyyətinə verdiyi yüksək qiyməti bölüşürük. Azərbaycan ilə Rusiya arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında bəyannamənin imzalanmasından sonra əlaqələrimiz keyfiyyətcə yeni müstəvidə inkişaf edir”, – Zaxarova bildirib.

Mənbə:Report

xeberler

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button